AZ

Tottinin oğlu 19 yaşında futbol karyerasını başa vurdu

İtaliya futbolunun əfsanəsi Françesko Tottinin oğlu — Kristian Totti 19 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

90deqiqe.Az-ın "La Nuova Sardegna"ya istinadən verdiyi məlumata görə, Kristian futbolda oyunçu kimi davam etməmək qərarına gəlib və özünü skaut sahəsində sınamaq istəyir. O, atasının təsis etdiyi futbol məktəbində işləməyə başlayacaq.

Qeyd edək ki, Kristian Totti ötən mövsüm İtaliya Seriya D təmsilçisi “Olbiya”nın heyətində çıxış edib. O, cəmi 6 matçda meydana çıxıb və məhsuldarlığı ilə yadda qalmayıb.

Xatırladaq ki, Françesko Totti 1993–2017-ci illər ərzində yalnız “Roma” klubunda çıxış edib və paytaxt təmsilçisinin heyətində ümumilikdə 785 oyunda forma geyinib.

Seçilən
30
90deqiqe.az

1Mənbələr