APA-nın cənub bürosunun verdiyi xəbərə görə saat 19:25 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndindən 103-ə zəng edilib. Dərhal çağırış yerinə təcili tibbi yardım avtomobili ilə sürücü Samir Rüstəmov və feldşer Səfail Fərəcov çıxıb. Təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb. Baş verən ağır qəzada "Hyundai SantaFe"nin sürücüsü və avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
İlkin məlumata görə qəzanın baş verməsinə səbəb "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsinin anidən təcili tibbi yardım avtomobilinin qarşısına çıxması olub.
Qeyd edək ki, qəzada xəsarət alan sürücü Z. Müslümov da həkimdir.
10Mənbələr
-
demokrat.azBiləsuvardakı qəzada ölənlərin və xəsarət alanların kimliyi bilindi — ADLAR ( 20246907)
-
bizim.mediaBiləsuvardakı qəzada ölənlərin və xəsarət alanların kimliyi bilindi - ADLAR ( 20246850)
-
newscenter.azTürkiyədə avtobus qəzası, yaralılar var ( 20244102)
-
olke.azAvtomobil təmir sexinə çırpıldı - xəsarət alanlar var ( 20188515)
-
moderator.azMaşın ana və 2 yaşlı oğlunu vuraraq öldürdü ( 20037360)
-
bizim.mediaBakı-Şamaxı-Yevlax yolunda ağır QƏZA: Ana və 2 yaşlı uşağı avtomobil vurub öldürdü ( 20036310)
-
konkret.azAvtomobil ana və 2 yaşlı oğlunu vuraraq öldürüb ( 20036151)
-
apa.azƏlətdə yol qəzasında 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1 ( 19915825)
-
modern.azGoranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var ( 19823702)
-
demokrat.azLənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb ( 19803062)