AZ

Universitet Firəngiz Mütəllimova ilə Əliqismət Lalayevdən ÜZR İSTƏDİ

Xəbər verdiyimiz kimi Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevin adı Mədəniyyət və İncəsənət Universitetinin saytında qeyri-adi formada yazılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı universitet açıqlama yayıb.

Məlumata görə, xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə ona süni intellekt əsaslı "DeepL Translate" modulu inteqrasiya edilib:
 

"Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun - xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir.


Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb.

Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik".

Bizim.Media

Seçilən
34
17
bizim.media

10Mənbələr