ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona İrana hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələr verməməsi müqabilində ABŞ-la münasibətlərdə yardım təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilir ki, Netanyahu bu təklifi Vaşinqtonla Moskva arasında gərgin münasibətlər fonunda irəli sürüb.
İsrail tərəfi, xüsusən də İranın hərbi gücünün artmasından narahat olaraq Rusiyanın bu ölkəyə strateji silah sistemləri satmasının qarşısını almağa çalışır.
Danışığın detalları tam açıqlanmasa da, Tel-Əvivin ABŞ-dakı nüfuzundan istifadə edərək Rusiya üçün diplomatik imkanlar yaratmağı vəd etdiyi qeyd olunur.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.