AZ

Londonda bıçaqlı hücum zamanı iki nəfər ölüb

Londonda bir nəfərin bıçaqla hücum etməsi nəticəsində iki nəfər bıçaq yaralarından ölüb.

APA xəbər verir ki, hadisə Londonun mərkəzində yerləşən ticarət obyektlərindən birində baş verib.

"Təcili yardım əməkdaşlarının bütün səylərinə baxmayaraq, 58 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Daha üç kişi xəstəxanaya aparılıb, 27 yaşlı kişi orada dünyasını dəyişib", - London polisinin açıqlamasında deyilir.

Hadisə zamanı yaralanan digər iki nəfər isə xəstəxanada olduğu və həyatlarının təhlükə altında olduğu bildirilir.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, açıqlama verilməyib.

Faktla bağlı araşdırmalara başladılıb.

Seçilən
31
5
apa.az

6Mənbələr