PSÆ-nin qapıçısı
Canluici Donnarumma bu yay komandasını dəyişə bilər. Türkiyənin "Qalatasaray" klubu 26 yaşlı qolkiperlə
ciddi şəkildə maraqlanır və artıq rəsmi təklif də göndərib.
Hazırda italiyalı
futbolçunun özü qərar verməkdə tərəddüd edir, ancaq "Qalatasaray"ın
marağı son günlərdə daha da konkretləşib.
Donnarummanın PSÆ
ilə müqaviləsinin müddəti bir ildən az müddətdə başa çatacaq və tərəflər
arasında gedən danışıqlar hələlik nəticə verməyib. İtaliya millisinin əsas
qapıçısı olan Donnarummanın bazar dəyəri 40 milyon avro təşkil edir. Onun ətrafındakı
vəziyyəti yalnız "Qalatasaray" deyil, Avropanın digər klubları da
yaxından izləyir.