Bu yay
"Mançester Yunayted" və "Vest Hem" arasında ABŞ-də keçirilən
yoldaşlıq matçında yeni rekord qeydə alınıb. Bu barədə "Sky Sports" məlumat
yayıb.
Şərqi Ruterfordda
oynanılan görüşü 82 min 566 azarkeş izləyib. Nəticədə oyun 2025-ci ilin ən çox
azarkeş cəlb edən matçı olub.
Bu göstərici hətta
81 min 118 nəfərin toplaşdığı PSÆ və "Çelsi" arasında keçirilən
klublararası dünya çempionatının final oyununu da keçib. Matça marağın artması
qismən daha sərfəli biletlərlə bağlı olub. Yoldaşlıq oyununa giriş 77
dollardan, dünya çempionatının final matçına giriş isə 200 dollardan
başlayırdı.