İstanbulda keçirilən
Avropa Gənclər Paralimpiya Oyunları başa çatıb. 7-ci dəfə təşkil edilən
oyunlarda debüt edən Azərbaycan milli paralimpiya komandası
7 növdə 17 idmançı
ilə təmsil olunduğu oyunları 4 qızıl, 2 gümüş və 7 bürünc medalla bitirib.
33 ölkədən 700-ə
yaxın idmançının mübarizə apardığı oyunlarda milli komandamıza qızıl medalları
Sabir Zeynalov (parataekvondo, K44, 58 kiloqram), Amin Əliyev (parataekvondo,
K44, 63 kiloqram), Səmayə Həsənova (parataekvondo, K44, 47 kiloqram) və Ayşə
Arabova (paraatletika, uzunluğa tullanma, T11), gümüş medalları isə Orxan Cəfərov
(parataekvondo, K44, 80 kiloqram) ilə Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü
il təvəllüdlülər arasında, S10, 100 metr "butterfly" (kəpənək))
qazandırıb.
Bürünc medallara
isə Ayxan Nuruyev (parataekvondo, K44, 58 kiloqram), Amin Şıxalıyev
(parataekvondo, K44, 63 kiloqram), İmran Bağırov (parataekvondo, K44, 70
kiloqram), Ömər Qurbanov (paracüdo, Æ2, 62 kiloqram), Hüseyn İsmayılzadə
(paracüdo, K44, 70 kiloqram) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü
il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) yiyələnib.
Elçin CƏFƏROV,
"Azərbaycan"