AZ

Ukrayna Latviyadan zirehli transportyorlar alıb

Ukrayna Latviyadan pilotsuz təyyarələr və “Patria 6x6” zirehli transportyorlarının ilk partiyasını alıb. Kiyevə ümumilikdə 42 belə maşın gətirilməlidir.

“Report”un xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Teleqram kanalında məlumat verib.

"Mən Latviyaya müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfəyə, xüsusən müdafiə qüvvələri üçün PUA-ların təhvil verilməsinə və bu yaxınlarda 42 ədəd “Patria 6x6” zirehli transportyorun verilməsinə dair qərara görə təşəkkür etdim. Birinci partiya artıq Ukraynaya çatdırılıb", - o qeyd edib.

Şmıqal Latviyanın müdafiə naziri Andris Spruds ilə söhbətində Ukrayna üçün pilotsuz təyyarələrin birgə istehsalını da müzakirə edib.

Seçilən
8
2
report.az

6Mənbələr