AZ

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verirki, Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanınmüxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Kəngərli kəndinə 60 ailə - 236 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43mindən çox insan yaşayır.

Seçilən
228
2
az.trend.az

10Mənbələr