Bodrumda avtomobilini polis əməkdaşının üzərinə sürmək ittihamı ilə saxlanılan müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak şərti olaraq sərbəst buraxılıb.
Ölkə.az xəbər verir ki, “növbətçi zabiti hədələmək” və “məmurun öz vəzifəsini yerinə yetirməsinə mane olmaq” maddələri ilə ittiham olunan Çıtak hakimin hökmü ilə şərti azadlığa çıxıb.
Dilan məhkəmə binasından çıxarkən jurnalistlərə "Üzr istəyirik, kiçik bir anlaşılmazlıqdır, həll ediləcək" deyib.
Qeyd edək ki, ötən gün Dilan yolda hərəkət təhlükəsizliyini pozub və polis onu saxlayaraq sürücülük vəsiqəsini istəyib. Çıtak qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra polis havaya atəş açaraq onu saxlayıb.(axşam.az)