"Elgizlə izlə" verilişində Əməkdar artist Nüşabə Ələsgərli və müğənni İntiqam Kərimov arasında gərginlik yaşanıb.
Publika.az xəbər verir ki, buna səbəb isə İntiqam Kərimovun "İstedadlı adam heç vaxt gedib xorda dayanmaz" deməsi olub:
"Konservatoriyanı bir ildə 20 nəfər vokalçı bitirirsə, onların ikisindən düzgün ifaçı yaranır. Sözümün üstündəyəm, niyə yoxdurlar ortada? Özünə güvəni olan istedadlı adam heç vaxt gedib xorda dayanmaz. Mən başa düşə bilmirəm ki, 2 səsli oxuya bilmirsə, konservatoriyanı niyə bitirib? O diplomu niyə verilblər? İstedad ayrı şeydir, hər adama verilmir".
Onun bu fikirlərinə Nüşabə Ələsgərli əsəbiləşərək belə cavab verib: