AZ

"Galatasaray" 2 futbolçusu ilə müqaviləni uzatdı

Türkiyə təmsilçisi "Qalatasaray" iki futbolçusu ilə müqavilə müddətini uzadıb.


Manset.az Report-a istinadən xəbər verir ki, İstanbul klubu Abdülkerim Bardakcı və Kaan Ayhanın sözləşməsini uzatması barədə Türkiyə Futbol Federasiyasına (TFF) bildiriş göndərib.

Abdülkerim Bardakcının yeni müqaviləsi 2027-ci, Kaan Ayhanınkı isə 2028-ci ilə qədər davam edəcək.

Qeyd edək ki, hər iki futbolçu müdafiəçi mövqeyində çıxış edir.

Seçilən
24
6
manset.az

7Mənbələr