AZ

Lukaşenko Putinlə təkbətək danışmaq istəyib » AzadMedia.az


Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə ən vacib məsələlərin üzbəüz müzakirəsi üçün görüş təşkil etmək niyyətindədir. Bu barədə TASS-a respublika prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.

O qeyd edib ki, Belarus və Rusiya Federasiyası prezidentlərinin hər zaman müzakirə edəcəkləri bir şey var.

Eysmontun sözlərinə görə, son zəng zamanı proqram xarakterli məsələlər liderlər tərəfindən müzakirə olunmayıb.

"Elə mövzular var ki, onları ümumiyyətlə telefonla müzakirə etmək olmaz. Prezident tezliklə görüşməyə və bütün ən mühüm və ciddi məsələləri üz-üzə müzakirə etməyə razılaşacaq", - mətbuat katibi aydınlıq gətirib.

İyunun sonunda Ali Avrasiya İqtisadi Şurasının (VEES) iclasının keçirildiyi Minskdəki Müstəqillik Sarayında iki ölkə başçısının görüşü olub.
Seçilən
1
1
azadmedia.az

2Mənbələr