AZ

İtaliyada Qərbi Nil virusundan daha bir nəfər ölüb

Roma, 29 iyul, AZƏRTAC

İtaliyada Qərbi Nil virusuna yoluxan daha bir nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, Kampaniya regionunda 80 yaşlı kişi virusun növbəti qurbanı olub. Bu, ölkə üzrə ilin əvvəlindən virusundan 4-cü ölüm hadisəsidir.

Cari ildə İtaliyada virusa 32 yoluxma faktı qeydə alınıb. 2024-cü ildə isə 460 yoluxma və 20 ölüm olub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Seçilən
29
2
azertag.az

10Mənbələr