Dünya bazarlarında "Azeri Light" markalı neftin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,85 ABŞ dolları, yaxud 1,22 % artaraq 70,33 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,31 ABŞ dolları təşkil edib.