AZ

Azərbaycan neftinin qiyməti 70 dolları keçib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AzPost xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 ABŞ dolları və ya 1,22% artaraq 70,33 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,48 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

AzPost.az

Seçilən
7
29
azpost.info

10Mənbələr