AZ

Baş məşqçilər VAR-a müraciət edə biləcək – La Liqada

İspaniya La Liqasında 2025-26 mövsümündə yeni qayda tətbiq edilə bilər.

Msport.az xəbər verir ki, yeni qayda klubların baş məşqçilərinə hər matçda iki dəfə VAR-a müraciət etməyə və mübahisəli epizodların təkrarını istəməyə imkan verəcək.

Mənbənin məlumatına görə, epizoddan sonra ilkin qərar dəyişərsə, baş məşqçi üçün hər iki sorğu variantı qüvvədə qalacaq.

Qeyd edək ki, ötən mövsüm “Barselona” La Liqada 88 xalla çempion, “Real” isə 84 xalla ikinci olub.

Seçilən
3
2
msport.az

3Mənbələr