AZ

ABŞ-də atışma – Ölənlər var


Bazar ertəsi axşam ABŞ-nin Nyu-York ştatının Manhetten şəhərinin mərkəzində hündürmərtəbəli ofis binasında atışma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, baş verən atışmada 6 nəfər həlak olub.
Telekanalın bildirdiyinə görə, ölənlər arasında Nyu-York polisi də var.
Hadisə yerli vaxtla bazar ertəsi axşam saat 18:30 radələrində (Bakı vaxtı ilə saat 02:30) iri maliyyə firmalarının, Milli Futbol Liqasının qərargahının, həmçinin İrlandiya baş konsulluğunun yerləşdiyi Park prospektindəki ofis binasında baş verib.
Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.
Cinayətin konkret motivi məlum deyil. İstintaq cinayəti törədənin şəxsiyyəti ilə bağlı məlumatlar əsasında müxtəlif versiyaları araşdırır.
Seçilən
16
yeniavaz.com

1Mənbələr