AZ

Zelenskidən Trampın həmin qərarına reaksiya

Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə “X” hesabında yazıb.

“ABŞ prezidentinin aydın mövqeyi və qətiyyəti sülh naminə güc yolu ilə çox şeyin dəyişə biləcəyi bir vaxta təsadüf edir. Mən prezident Trampa insanların həyatını xilas etmək və bu dəhşətli müharibəyə son qoymağa diqqət ayırdığına görə təşəkkür edirəm.

Ukrayna sülhə sadiqdir. Kiyev hər iki ölkəni daha təhlükəsiz, güclü və firavan etmək üçün Vaşinqtonla işləmək istəyir”, - Ukrayna dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Tramp Rusiya ilə Ukrayna mövzusunda razılaşma əldə etmək üçün müəyyən etdiyi 50 günlük möhləti 10-12 günə endirib.

"Cebheinfo.az" 

Seçilən
8
2
cebheinfo.az

6Mənbələr