AZ

Azərbaycan neftinin qiyməti 70 dollar oldu

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,85 ABŞ dollar artıb.

Tribunainfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,85 ABŞ dolları, yaxud 1,22 % artaraq 70,33 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
31
29
tribunainfo.az

10Mənbələr