Bu ilin yanvar-iyun aylarında ölkədə 81,1 min ton etilen, 72,5 min ton propen (propilen) istehsal edilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilib ki, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə etilen istehsalı 8 faiz və ya 6 min ton, propilen istehsalı isə 4,2 faiz və ya 2,9 min ton artıb.
İyul ayının 1-nə hazır məhsul ehtiyatı etilen üzrə 1,2 min ton, propilen üzrə isə 0,7 min ton təşkil edib.