Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-ya məxsus gəmilər BakıGəmiqayırma Zavodunun (BGZ) sifarişi əsasında zavodun akvatoriyasıvə giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işləriniuğurla başa çatdırıb.
Trend bubarədə ASCO-ya istinadən xəbər verir.
Qeyd edilib ki, işlərə ASCO-nun “Mühəndis Balarza Məmmədov”torpaqqazan gəmisi, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyangəmiləri, həmçinin “Abşeronskaya-5” yedək gəmisi cəlb olunub.
Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metrdərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetrsüxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldəolunub.
Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmihərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isəgələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsizşəkildə yanalmasına şərait yaradacaq.