AZ

Xalq artistinin oğlu vəfat etdi - Yenilənib

Mərhum Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Teybə Qəniyeva məlumat yayıb.

Ə. Məmmədovun hansı səbəbdən vəfat etdiyi bildirilməyib.

Onun bu gün Yasamal qəbiristanlığında dəfn olunacağı qeyd edilib.

Məlumata görə, Əvəz Məmmədov hüquq-mühafizə orqanlarında çalışıb.

Xatırladaq ki, Həsən Məmmədov 2003-cü ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

***

Mərhumun bacısı Aynur Məmmədova saytımıza açıqlamasında bildirib ki, Əvəz Məmmədov qaraciyər sirrozundan əziyyət çəkib: “Artıq 2 il idi ki, bu xəstəlikdən əziyyət çəkirdi. Azərbaycanda müalicə alırdı”.

Seçilən
27
21
qafqazinfo.az

10Mənbələr