AZ

Cek Qriliş “Mançester Siti” ilə məşqlərə qayıdıb

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş əsas komandaya qoşularaq məşqləri bərpa edib.

90deqiqe.Az-ın "ESPN"ə istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu komanda ilə yenidən çalışsa da, karyerasını davam etdirmək üçün yeni imkanlar axtarmaqda davam edir.

Futbolçunun xidmətində “Vest Hem”, “Tottenhem” və İtaliyanın “Napoli” klubları maraqlıdır.Hazırda sözügedən klubların futbolçunun agenti ilə danışıqlar aparır

Qeyd edək ki, ingilis futbolçu “Mançester Siti”nin Klublararası Dünya Çempionatının iştirakçı siyahısına daxil edilməməsi onun mümkün ayrılığı ilə bağlı iddiaları daha da gücləndirib.

Qriliş geridə qalan mövsümdə Premyer Liqada 20 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
22
90deqiqe.az

1Mənbələr