AZ

“Çürüməmək üçün çoxunuzdan və çoxluqdan qaçıram” - Nura Suri

“Bizim millət kimi hər şeyə bir mız qoyan yoxdur. Biri düzgün cümlələr quranda, adekvat fikir bildirəndə, deyirlər ki, bu da özünü ağıllı göstərir. İnsan, əgər danışanda ya da yazanda, sizin ağlınıza ilk "ağıllı görünmək" fikri gəlirsə, o, özünü elə göstərmir, əslində ağıllıdır və sizin narahat etməmək üçün axmaq kimi davranması da mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

“Əgər biri haqsızlığa susmursa, “bu da bilmir necə gündəmdə qalsın, başı gedib” kimi fikirlər sizin özünüzə aiddir. Çünki qorxaq və ikiüzlülüyünüzü dərk edirsiniz və haqsızlığa susduğunuz üçün bunu etməyənləri əzməklə özünüzə təsəlli verirsiniz.

Vallah, ağlı başında adam sizin yazdığınız şərhlərdən sonra mənim kimi panik atak olub insanlardan uzaqlaşmaq istəyir. Bir çürük meyvəni saf meyvələrlə bir qaba qoysaz, yavaş-yavaş hamısını çürüdür. Mən də çürüməmək üçün çoxunuzdan və çoxluqdan qaçıram. Mənim fobiyam məni qorumaq üçün yaranıb. Yoluxmaq istəmirəm” – deyə sənətçi paylaşımda qeyd edib.


Bizim.Media

Seçilən
2
2
bizim.media

3Mənbələr