Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatınaəsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota,Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quşqripi xəstəliyi aradan qaldırılıb.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumatyayıb.
Bildirilib ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayanheyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğvedilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootiksağlamlıq statusu bərpa olunub.
"Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdənqorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətləraradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçünDövlət Gömrük Komitəsinə müraciət olunub", - qurumdan əlavəolunub.