AZ

AİB Azərbaycanla tərəfdaşlığın 2025-2029-cu illər üçün nəzərdə tutulan yeni Strategiyasını təqdim edib

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illərüzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təqdim edib.

Trend bu barədəBanka istinadən məlumat verir.

Strategiyada ölkənin inkişaf hədəflərinə nail olması üçündəyərin yaradılması, inteqrasiya və dayanıqlılığın vacib amillərolduğu vurğulanır.

Beş il ərzində strategiya iki əsas istiqamətə yönələcək: (i)yaşıl və şaxələndirilmiş iqtisadiyyatın yaradılması, (ii)aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.

“AİB-Azərbaycan tərəfdaşlığında yeni mərhələyə qədəm qoyduğumuzbir dövrdə diqqətimizi dayanıqlı iqtisadiyyatın təmin olunmasına,özəl sektorun aparıcı olduğu iqtisadi artımın təşviq edilməsinə,maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığa töhfəverilməsinə yönəldirik,” – AİB-in Azərbaycan üzrə ölkə direktoruSunniya Durrani-Jamal bildirib. "AİB uyğunlaşdırılmış stratejiinvestisiyalar və birgə səylər vasitəsilə ölkənin inkişafprioritetlərinə nail olmasına, regional təşəbbüslərin inkişafetdirilməsinə və Azərbaycan xalqı üçün firavan gələcəyinqurulmasına dəstək verməyi hədəfləyir".

ÖTS Azərbaycanın milli inkişaf strategiyalarına uyğun şəkildəhazırlanıb və əsas çağırışların həllinə yönəlib, eyni zamanda yaşılvə dayanıqlı artım üçün imkanlardan istifadə etməyi nəzərdə tutur.Sənəd digər strateji prioritetlər də daxil olmaqla innovasiyaların,yüksək dəyərə malik məhsulların və xidmətlərin təşviq olunması,habelə peşəkar kadr potensialının inkişaf etdirilməsi vasitəsilərəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına diqqətayıracaq.

İnkişafın təsirini ən yüksək səviyyəyə çatdırmaq məqsədiləÖTS-nin nəticələri yalnız ÜDM-in artımı ilə məhdudlaşmır, eləcə dəinsanlar, ətraf mühit və digər qlobal ictimai mallar üçün faydalarayönəlir. Buna görə beşillik strategiyaya iqlim fəaliyyətinisürətləndirmək, fəlakət risklərinin idarəetməsini gücləndirmək,həmçinin gender bərabərliyi və rəqəmsal transformasiyadairəliləyişlər əldə etmək məqsədi daşıyan təşəbbüslər daxildir.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv vədavamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışlarıhəll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətliinfrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyəalətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvüonun səhmdarlarıdır.

Seçilən
41
8
az.trend.az

9Mənbələr