AZ

HƏMAS terrorçuları humanitar yardımı yağmalayırlar | VİDEO

Bu barədə İsrail Ordusunun mətbuat xidməti video yayıb. Videodan görünür ki, terrorçular ötən cümə günü Qəzzaya yardım gətirən yük maşınını yağmalayırlar. Məlumata görə, yaraqlılar mülki əhaliyə yardımdan öz paylarını götürmələri üçün icazə vermirlər.

" Hərçənd HƏMAS yalan iddia irəli sürüb ki, videodakı şəxslər təhlükəsizlik işçiləridir, amma açıq-aydın görünür: onlar sakinlərin yardım payını qamarlayan terrorçulardır. HƏMAS əhalinin ehtiyaclarına məhəl qoymur. Bu video aydın sübutdur ki, Qəzzaya humanitar yardımın çatdırılmasında əsas maneə məhz HƏMAS-dır",- məlumatda vurğulanır.

Belə bir şəraitdə, digər tərəfdən, İsrail-HƏMAS müharibəsinin həlli üzrə vasitəçilər tərəflər atəşkəs və əsir mübadiləsi üzrə sazişin imzalanması istiqamətində işlər aparırlar. Qətərin Baş naziri, habelə xarici işlər naziri Məhəmməd Əbdürrəhman Al Sani Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən koordinasiya iclasında diqqətə çatdırıb ki, müharibənin həlli istiqamətində "iki dövlətli" həll yolu mütləqdir.

"Vasitəçi tərəflər: Qətər, ABŞ və Misir bu məsələdə müəyyən irəliləyiş qazanıb. Eyni zamanda, əsirlərin azadlığa buraxılmalarına, Qəzza zolağına humanitar yardım axınının artırılmasına da nail olmuşuq",– Al Sani deyib.

Eyni zamanda, "The Telegraph" qəzetininməlumatınaəsasən, Britaniyanın Baş naziri Kir Starmer Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutan sülh planı üzərində işləyir.

"O, Qəzza zolağında atəşkəsi daimi sülhə çevirmək naminə ABŞ-ni və digər müttəfiqləri addımlar atmağa çağıracaq. Kir Starmerin planında həmçinin Qəzzaya böyük humanitar yardımın çatdırılmasının da nəzərdə tutulur",– qəzet yazır.

Firudin Həmidli
AzVision.az
Seçilən
5
1
azvision.az

2Mənbələr