Şəki rayonunda iki nəfər bıçaqlanıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şin kəndi ərazisində baş verib. Kənd sakini Qərib Nəcəfov mübahisə zəminində həmkəndliləri - 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənovu bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.