AZ

Azərbaycan idmançısı Madriddə keçirilən U-15 Avropa çempionatında yüksək nəticə göstərib

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

Finss.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Lətif Əliyev U-15 kateqoriyasında 71 kiloqram çəki dərəcəsində yarışıb. Birdən qaldırma hərəkətində 108 kiloqram nəticə göstərərək bu hərəkət üzrə qızıl medala sahib olan atlet, təkanla qaldırma hərəkətində isə 129 kiloqram çəkini uğurla qaldırıb.

İki hərəkətin cəmində 237 kiloqram nəticə əldə edən Lətif Əliyev ümumi sıralamada Avropa birinciliyinin gümüş medalını qazanıb.

Atletimizin bu uğuru Azərbaycan idmançıları üçün beynəlxalq arenada növbəti uğurlu nəticə kimi qeyd olunur.

Seçilən
8
1
fins.az

10Mənbələr