AZ

Sabah 41 dərəcə isti olacaq

İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə XəzərNews.az-a Mill Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər isə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33 isti olacaq.

Xəbər 1 dəfə oxunub.
Seçilən
94
49
xezernews.az

10Mənbələr