![]() |
Belarusdan Litvaya PUA buraxılıb |VİDEO |
Maraqlıdır ki, dünən isə Belarus istiqamətindən Litvanın hava məkanına pilotsuz uçuş aparatının (PUA) keçməsi qeydə alınıb. Hadisə ilə əlaqədar paytaxt Vilnüsdə həyəcan siqnalı səslənib, əhaliyə ehtiyatlı davranmaq tapşırılıb. Məlumata görə, təqribən 200 metr yüksəklikdə, Vilnüs yaxınlığında uçan PUA hələlik bilinməyən istiqamətə düşüb. Litvanın müdafiə naziri Dovile Şakalene Litva-Belarus sərhədinə nəzarətin artırılması barədə tapşırıq verib.
İyulun əvvəlində də sərhəd yaxınlığında Belarusa məxsus PUA qəzaya uğramışdı. Hazırda Belarusun paytaxtında aşkarlanıb sıradan çıxarılan PUA-nın bu ölkəyə Litva tərəfindən "cavab məqsədilə" göndərilməsi ehtimalı istisna deyil.
Firudin Həmidli
AzVision.az