AZ

Metronun iş saatında DƏYİŞİKLİK

Yazını böyüt
Yazını kiçilt

Bakı Metropoliteni iyulun 30-da "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasında İrlandiya təmsilçisi ilə oyunu ilə bağlı iş rejimində dəyişiklik edəcək.

Hafta.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna azarkeş marağını nəzərə alaraq metronun "Gənclik", "Nərimanov" və "28 May" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qatarların hərəkəti yay qrafikinə uyğun davam edəcək, lakin xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

Seçilən
38
28
hafta.az

10Mənbələr