Çinin şimalında yerləşən Xebey əyalətində baş verən torpaq sürüşməsi nəticəsində səkkiz nəfər həlak olub.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bundan başqa, dörd nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Daha əvvəl Pekində güclü yağışlar və daşqınların 30 nəfərin həyatına son qoyduğu, 80 mindən çox sakinin təxliyə edildiyi barədə məlumat verilmişdi.