AZ

Hüquq müdafiəçisi Fikrət Cəfərli həbs olundu

Hüquq müdafiəçisi Fikrət Cəfərli həbs edilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

F.Cəfərli böhtan atmaqda təqsirli bilinib. Ona 4 ay həbs cəzası verilərək, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Fikrət Cəfərli vəkil Elvin Əliyevin şikayəti əsasında təqsirli bilinib. Xüsusi ittihamçı F.Cəfərlinin Cinayət Məcəlləsinin 147.1-ci( böhtan) maddəsi ilə sanksiya həddində cəzalandırılmasını tələb edirdi.

Elvin Əliyev daha çox məhkum meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınıb.



Xəbər 3 dəfə oxunub.
Seçilən
13
12
xezernews.az

10Mənbələr