AZ

Fikrət Cəfərli həbs edildi

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərlinin barəsində xüsusi ittiham qaydasında olan cinayət işi üzrə məhkəmə proses keçirilib.

Publika.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrlik etdiyi prosesdə hökm elan edilib.

F.Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, F. Cəfərlinin barəsində vəkil Elvin Əliyev xüsusi ittiham qaydasında şikayət edib.

Seçilən
13
1
publika.az

2Mənbələr