“Real” futbolçusu Çema Andresi satıb.
Msport.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti açıqlama yayıb.
20 yaşlı mərkəz müdafiəçisi “Ştutqart”a keçib. Onunla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Andres 2018-ci ildən “Real” sistemində olub. O, bu ilin yanvarında İspaniya nəhənginin əsas komandasında debüt etmişdi.