AZ

"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib

"Aeroflot" iyulun 29-da Moskvanın "Şeremetyevo" hava limanından 22 reysi və paytaxta istiqamətlənən 31 reysi ləğv edib.

FED.az xəbər verir ki, bunu, hava limanının onlayn-lövhəsində göstərilən məlumatlar sübut edir.

Söhbət aviaşirkətin öz reysləri və törəmə aviaşirkəti "Rossiya" ilə birgə həyata keçirilən reyslərdən gedir.

“Bir gün əvvəl planlaşdırılmış günlük proqramın təxminən 80 faizi yerinə yetirilib”, - şirkət əlavə edib.

Cədvəldəki düzəlişlər, o cümlədən ləğvlər, əsasən Moskvadan və geriyə reysləri əhatə edib - proqramın regional hissəsi tam şəkildə yerinə yetirilib.

Əvvəlki gün "Aeroflot"un İT infrastrukturu geniş miqyaslı kiber hücuma məruz qalıb ki, bu da şirkətin reyslərinin kütləvi gecikməsinə və ləğvinə səbəb olub. (Report)

Seçilən
28
3
fed.az

4Mənbələr