Güneyli jurnalist Aydın Təbrizi sosial mediada paylaşdığı açıqlamada bu təsviri “irqçi və düşünülmüş təhqir” adlandırıb. O bildirib ki, karikatura yalnız prezidentə deyil, eyni zamanda İranda yaşayan milyonlarla türkün kimliyinə qarşı yönəlib.
İranda yaşayan güneyli ziyalılar da bu paylaşımı pisləyib və bu kimi nifrət dolu hərəkətlərin nəticələri barədə xəbərdarlıq ediblər. Onlar bu təhqirin unudulmayacağını və məsələnin hüquqi və ictimai müstəvidə gündəmdə saxlanacağını vurğulayıblar.