Şamaxıda zəncirvazi qəza olub.
Bakues.az “APA”ya istinadən xəbər verir ki, günorta saatlarında “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ” yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.