Türkiyənin “Beşiktaş” klubu “Zenit”in müdafiəçisi Robert Renanı icarəyə transfer etmək niyyətindədir.
90deqiqe.Az-ın "Sabah"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi braziliyalı futbolçunu satınalma öhdəliyi olmadan icarəyə götürmək istəyir. Lakin “Zenit” 21 yaşlı oyunçunun birdəfəlik transferi üçün 15 milyon avro tələb edir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Mənbənin məlumatına görə, Robert Renan “Beşiktaş”da illik 2 milyon avro məvacib almaq istəyir.
Qeyd edək ki, Renan 2023-cü ilin qışında “Zenit”ə transfer olunub. 2024-cü ilin yanvarında o, icarə əsasında əvvəlcə Braziliyanın “İnternasional” klubuna, daha sonra isə Səudiyyə Ərəbistanının “Əl-Şabab” komandasına keçib.
“Zenit”in heyətində ümumilikdə 18 oyuna çıxan Renan məhsuldar nəticə ilə yadda qalmayıb. Onun Rusiya klubu ilə olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt”a əsasən, futbolçunun bazar dəyəri 7,5 milyon avrodur.