ain.az, Azvision saytına istinadən bildirir.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər hərbi intizamın qorunmasının dövlətin müdafiə qabiliyyətində oynadığı mühüm rola diqqət çəkmiş, hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasının əhəmiyyətini xüsusi vurğulayiblar. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi xidmət zamanı baş verə biləcək hüquq pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat verilmiş, konkret misallar əsasında təhlillər aparılıb. Hərbi qulluqçular arasında hüquqi savadlılığın artırılmasının yalnız inzibati tədbirlərlə deyil, həm də tədris, tərbiyə və maarifləndirmə metodlarının tətbiqi ilə həyata keçirilməsinin daha səmərəli nəticələr verdiyi qeyd olunub. Tədbirlərin sonunda şəxsi heyətlə xatirə fotoşəkli çəkdirilib. AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.