Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Axşam saatlarında avokado yemək ürək və şəkər riski olan insanlar üçün əsl sağlamlıq dəstəyinə çevrilə bilər.
AzPost xəbər verir ki, ABŞ-ın İllinoys Texnologiya İnstitutunun alimləri avokadonun axşam saatlarında qəbulu ilə bağlı maraqlı nəticələrə gəliblər. “Current Developments in Nutrition” jurnalında dərc olunan araşdırmaya əsasən, bu meyvə lipid mübadiləsinə və ürək fəaliyyətinə müsbət təsir göstərir, xüsusilə də prediyabet (şəkərönü vəziyyət) diaqnozu olan şəxslərdə.
Tədqiqatda 27 nəfər iştirak edib. Onlar 3 axşam ərzində müxtəlif qəlyanaltılarla qidalanıblar: birinci qrupa bütöv avokado verilib, digər iki qrupa isə ya az lifli pəhriz qəlyanaltısı, ya da yağ və lif tərkibi avokadoya bənzəyən emal olunmuş qəlyanaltı təqdim olunub.
Qəlyanaltılar 20:00–21:00 arası qəbul edilib və ardınca 12 saatlıq aclıq mərhələsi gəlib. Növbəti səhər standart səhər yeməyindən sonra iştirakçıların qanda xolesterin, triqliserid, insulin, qlükoza və iltihab markerləri ölçülüb.
Nəticələr göstərib ki, avokado qəbulundan sonra iştirakçıların triqliserid səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu təsir səhər yeməyindən sonra daha da güclənib.
Tədqiqat axşam qəlyanaltılarının sağlamlığa ziyanlı olması ilə bağlı stereotipləri təkzib edir. Alimlər bildirirlər ki, əgər seçim sağlam məhsullardan – məsələn, avokadodan ibarətdirsə, bu vərdiş faydalı nəticələr verə bilər. Xüsusilə də ürək xəstəlikləri və diabet riski olan insanlar üçün.
Bununla belə, mütəxəssislər balanslı qidalanma və fiziki aktivliyin bu təsiri dəstəkləyən əsas amillər olduğunu da vurğulayırlar.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.