AZ

Tramp və Starmerin görüşündə böyük fikir ayrılıqları üzə çıxdı — ÖZƏL

28 iyulda Şotlandiyada keçirilən ABŞ Prezidenti Donald Tramp ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında görüşdə iki lider arasında ciddi fikir ayrılıqları olduğu bildirilib. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin qiymətləndirməsinə görə, Tramp və Starmer görüşdə ortaq məqamlara diqqət yetirməyə çalışsalar da, onların mövqeləri arasında ciddi fərqlər açıq şəkildə hiss olunub. Tramp xüsusilə Böyük Britaniya hökumətinin miqrasiya, cinayətkarlıq, vergitutma və enerji siyasətini sərt tonda tənqid edib.
Bundan əlavə, 29 iyulda Tramp özünün Truth Social sosial media hesabında Böyük Britaniya hökumətinə Şimal dənizində neft hasilatını artırmaq çağırışı edib. O, yüksək vergilərin ölkədə neft hasilatını praktik olaraq mənasız etdiyini vurğulayıb.
25 iyulda Şotlandiyaya səfər edən Tramp beş günlük turunu ölkədəki Turnberry qolf kurortunda keçirib və 28 iyulda orada Starmerlə görüşüb.
Bu görüş iki ölkə liderləri arasında mövcud olan strateji münasibətlərin nə dərəcədə mürəkkəb olduğunu bir daha göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr