AZ

Bakının səs küyü sakinlərin sağlamlığına mənfi təsir göstərir? EKSPERTDƏN AÇIQLAMA FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəhər həyatında artan nəqliyyat, tikinti və məişət səsləri səs-küy çirkliliyini gündəlik problemə çevirib. Bu çirklilik təkcə narahatlıq yaratmır, həm də insan sağlamlığına ciddi təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, səs-küyə uzunmüddətli məruz qalmaq yüksək təzyiq, stress, yuxu pozğunluğu və hətta ürək-damar xəstəliklərinə səbəb ola bilər. 70 desibeldən yuxarı səslər zərərli sayılır, halbuki şəhərin əsas küçələrində bu səviyyə çox vaxt 85-90 desibeli keçir.

Mütəxəssislər problemin azaldılması üçün nəqliyyat vasitələrinin səs izolyasiyası, səs uducu tikinti materiallarından istifadə və yaşıl zonaların artırılmasını tövsiyə edirlər.

Bəs, şəhərdəki səs-küy insan sağlamlığına doğrudan da ciddi təhlükə yaradırmı və biz onu necə azalda bilərik?

Məsələ ilə bağlı tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, gəlin əvvəlcə bunları bir ayıraq: səs-küy və çirklilik:

“Məlum olduğu kimi, səs çirkliliyi ilə bağlı konkret gigiyenik normalar var. İnsan konkret olaraq peşə xəstəliyi əldə etməmək üçün gündəlik desibellə ölçülən səs tezliyi var ki, onu qəbul etməlidir. Yəni müəyyən bir diapazonda insan bunu qəbul edə bilər.

Bu, normal sayılır. Amma bundan artıq səs-küylər insanlarda peşə xəstəliyi yaradır. Bu, qulağın həssaslığının azalmasına, eşitmənin pozulmasına səbəb ola bilər. Ən əsası da sinir sisteminin tarazlığının pozulması nevrozlara gətirib çıxara bilər.

Təəssüflər olsun ki, Bakı şəhərində daim bu siqnallar, yüksək səslə qoyulmuş mahnılar, ümumilikdə şəhərin səs-küyü insanların sağlamlığına öz təsirini göstərməyə bilməz.

O ki qaldı çirkliliyə, bəli, bu, başqa bir məsələdir. Ən əsas məsələ odur ki, avtomobillərin havaya buraxdığı, fosil yanacağın tullantıları nəticəsində havaya yayılan çirkləndiricilər. Xüsusilə də polisiklik aromatik karbohidratlar kanserogen sayılır. Əgər bir kubmetr havada bir nanogram benzopiren törəməsi, yəni polisiklik aromatik karbohidratlar varsa, bu, 100 nəfərdən 18-də ağciyər xərçənginə səbəb ola bilir.

Yəni bunlar artıq öyrənilmiş, sübut edilmiş statistikadır. Ona görə də şəhərin çirklənməsi, birinci növbədə, atmosfer havasının çirklənməsidir. İçməli su hövzələrinin çirklənməsi, şəhər ətrafının, yolların çirklənməsi – bütün bunlar insan sağlamlığına öz təsirini göstərir”.

Ekspert əlavə olaraq qeyd edib ki, təəssüf ki, biz bəzən öz sağlamlığımıza laqeydik və bu məsələləri çox dərindən düşünmürük:

“Maşınların texniki standartlara cavab verməsi də çox vacibdir. Yaxşı olardı ki, Bakı şəhərində bu məsələyə çox ciddi yanaşılsın, amma təəssüf ki, bu gün formal yanaşılır.

Maşın gedir, arxasından qapqara tüstü çıxır və ya başqa rəngdə tüstü çıxır. Bütün bunlar yağların və digər yanma məhsullarının atmosfer havasına atılmasıdır ki, bu da həm sürücülərin, həm də piyada gəzənlərin nəfəs yollarına daxil olur. Ona görə də Bakı bu gün çirklənmiş şəhər sayılır.

Bir vaxtlar Tehran çirkli şəhər sayılırdı, Çinin bəzi şəhərləri də həmçinin. Bu gün Bakı da çirklənmiş şəhər kimi qəbul edilə bilər. O baxımdan, həddən artıq maşın və insan sıxlığı şəraitində bununla bağlı ciddi tədbirlər görülməlidir”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
avtosfer.az

2Mənbələr