AZ

Sabit tarifə keçən qurumlar dövlətdən pul almayacaq?

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək. 

Bu “Elektroenergetika haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir. 

Qeyd edək ki, eyni qaydanın “Azəriqaz”la bağlı tətbiqi gözlənilir.

Ümumiyyətlə, “Azərişıq” və “Azəriqaz” hazırda dövlətdən dotasiya alırmı? Əgər sabit tarif tətbiq olunursa, həmin qurumlar niyə dövlətdən dotasiya almalıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əslində “Azərişıq” dotasiya alır: 

“Dövlətdən ən çox dotasiya alan qurumlardan biridir. Elə sabit tarif tətbiqi də həm də ona xidmət etməlidir ki, bundan sonr dotasiya almasınlar. İndi görək, doğrudan da sabit tarifin tətbiqindən sonra dotasiya üçün müraciət edəcəklər, yoxsa yox? Əslində dotasiyanın olması həmin dövlət qurumlarının qeyri-effektiv çalışmasının nəticəsidir.

Yəni onlara dotasiya verməkdənsə və yaxud sabit tarif tətbiq etməkdənsə, xərclərin azaldılması ilə bağlı hansısa bir qərar verilməlidir. İstənilən halda dotasiyaya möhtac olan və yaxud da rentabelli olmayan qurumlarda ilk növbədə xərclər azaldılır. Azərbaycanda da isə təəssüf ki, belə yanaşmanı görmürük”. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr