AZ

2025-ci ildə 16 israilli əsgər intihar edib — hesabat

İsrailin yayım orqanı “KAN”-nın verdiyi məlumata əsasən, 2025-ci ilin əvvəlindən bu yana 16 israilli əsgər intihar edib. Beləliklə, 2023-cü ilin oktyabrında Qəzzadakı soyqırımın başlamasından bu yana orduda intihar edən hərbçilərin ümumi sayı 54-ə yüksəlib.

“KAN” televiziya kanalı bildirir ki, bu rəqəmlərə səkkiz aktiv xidmətçi, yeddi ehtiyatda olan və bir zabit daxildir. 2024-cü ildə 21, 2023-cü ildə isə 17 əsgər intihar edib.

Həmçinin, təxminən 3.770 əsgərə posttravmatik stress pozuntusu (PTSP) diaqnozu qoyulduğu bildirilir. İsrailin yayım orqanı qeyd edir ki, yaralanmış 19 min hərbçidən təxminən 10 mini psixoloji simptomlar yaşayıb və Müdafiə Nazirliyinin reabilitasiya şöbəsi vasitəsilə müalicə alır.

“Yedioth Ahronoth” qəzetinin hərbi açıqlamaya istinadla verdiyi xəbərə görə, ehtiyatdaki əsgər Ariel Meir Taman 27 iyulda İsrailin cənubundakı evində ölü tapılıb. Qəzet onun intihar etmiş ola biləcəyini və ölüm səbəbinin müəyyənləşdirilməsi üçün hərbi istintaq başladıldığını bildirib.

Qeyd edək ki, hərbi məlumatlara əsasən, Qəzzadakı soyqırımın başlanmasından bu yana 895 israilli əsgər ölüb, 6.134 nəfər isə yaralanıb. İsrail ordusu daha yüksək itkiləri gizlətməkdə ittiham olunur.

Xatırladaq ki, İsrail mühasirədə olan Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla, təxminən 60 min fələstinlini öldürüb. Fələstinin rəsmi xəbər agentliyi “WAFA”nın məlumatına görə, təxminən 11 min fələstinlinin dağıntılar altında olduğu ehtimal olunur.

Seçilən
8
veteninfo.az

1Mənbələr