AZ

Çin əhali sayını artırmaq üçün 3 yaşa qədər uşaqlara maliyyə dəstəyi verəcək

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çin hökumətinin internet saytında yer alan açıqlamaya görə, bu il ölkədə doğum göstəricilərinin artırılması üçün yeni təşviq proqramı işə salınacaq.

Bizimyol.info xəbər verir ki, bəyanatda qeyd olunub ki, 3 yaşınadək uşağı olan ailələr hər uşaq üçün illik 3600 yuan (təxminən 500 dollar) qrant alacaqlar.

Proqramın hər il 20 milyondan çox ailənin faydalanacağı proqnozlaşdırılır. Çində 2022-ci ildə başlayan əhalinin azalması son üç ildə də davam edib.

Milli Statistika Bürosunun (NBS) yanvar ayında dərc etdiyi məlumatlara görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çin materik əhalisi 2024-cü ildə 1 milyar 408 milyon 280 minə qədər azalıb.

1980-ci illərdən ölkədə həyata keçirilən “bir uşaq” siyasəti 2016-cı ildə ləğv edilib, iki uşağa, 2021-ci ildə isə üç uşağa icazə verilib. Lakin iqtisadi inkişafın ləngiməsi və uşaqların yaşayış və tərbiyəsi xərclərinin artması səbəbindən gənc nəsillər ailə qurmaq və uşaq sahibi olmaqda tərəddüd edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr