AZ

Hesablama Palatası I yarımildə 34 ali audit tədbiri həyata keçirib

Bu ilin I yarısında Hesablama Palatasının Kollegiyası ümumilikdə 34 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul edib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Bildirilib ki, bu tədbirlərdən ikisi məxfilik rejimində aparılıb.

Nəzarət tədbirləri 16 mərkəzi icra hakimiyyəti orqanı, 6 publik hüquqi şəxs, 4 dövlət mülkiyyətində və yaxud dövlətin payı olan müəssisə, 2 büdcədənkənar dövlət fondu, 1 məqsədli büdcə fondu, 8 mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində və yanında fəaliyyət göstərən qurumlar və digər təşkilati-hüquqi formaya malik subyektləri əhatə edib. Nəzarət obyektlərindən 11-də isə ilk dəfə audit aparılıb.

Hesabat dövründə audit portfelində uyğunluq auditləri üstünlük təşkil edib. Bununla yanaşı, Kollegiya 6 ayda 3 səmərəlilik auditinin aparılması barədə qərar qəbul edib. Bu auditlər təhsil sisteminin informasiyalaşdırılması sahəsində fəaliyyətin, bitkiçilik sektorunda dövlət dəstəyi mexanizmlərinin (subsidiya və güzəştlərin) və bir ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi və nəticəliliyi üzrə həyata keçirilib.

Seçilən
14
4
report.az

5Mənbələr